Multimedia mesajları
Multimedia mesajı mətn, şəkillər, səs və
ya video kliplərdən ibarət ola bilər.
Yalnız müvafiq elementləri olan cihazlar
multimediya mesajlarını qəbul edə və
ekranda nümayiş edə bilər. Mesajın
görünüşü qəbul edən cihazdan asılı
olaraq fərqli ola bilər.
Simsiz şəbəkə MMS mesajlarının
ölçüsünü məhdudlaşdıra bilər. Daxil
edilmiş şəkil bu limiti aşırsa cihaz onu
MMS-lə göndərilə biləcək ölçüyə qədər
balacalaşdıra bilər.
Mühüm: Mesajları ehtiyatla açın.
Mesajlarda zərərli proqramlar və ya sizin
cihaz və ya kompüteriniz üçün zərərli olan
digər proqramlar ola bilər.
Multimedia mesajlaşma xidmətinin
(MMS) mövcudluqu və ona abunə
olmaqla əlaqədar olaraq xidmət
təminatçınız ilə əlaqə saxlayın. Siz
həmçinin konfiqurasiya parametrlərini
yükləyə bilərsiniz.
Bax "Nokia
dəstək" s. 37.
22
Əlaqə saxlayın