Batareya və adapter barədə məlumat
Sizin cihaz təkrar doldurulan batareya ilə təchiz edilmişdir.
Bu cihazda istifadə olunması nəzərdə tutulan batareya
BL-4U. Bu cihaz üçün aşağıdakı adapterlər nəzərdə
tutulmuşdur: AC-8. Batareya yüzlərlə dəfə doldurula və
boşaldıla bilər lakin vaxt keçdikcə batareya köhnəlir.
Danışmaq və gözləmə rejimlərinin vaxtı normal vaxtdan
qısadırsa batareyanı dəyişin. Yalnız Nokia tərəfindən təsdiq
edilmiş batareyaları istifadə edin və batareyanızın
doldurulması üçün yalnız Nokia tərəfindən təsdiq edilmiş bu
telefon üçün nəzərdə tutulmuş batareya dolduran qurğuları
istifadə edin. Təsdiq edilməyən batareya və ya adapterin
istifadəsi yanğın, partlayış, sızma və ya digər təhlükələr
yarada bilər.
Adapter modelinin dəqiq nömrəsi elektrik birləşdiricisinin
növündən asılı olaraq müxtəlif ola bilər. Elektrik
birləşdiricisinin variantı aşağıdakılardan birinə görə təyin
edilir: E, EB, X, AR, U, A, C və ya UB.
Batareya ilk dəfə istifadə edilərkən və ya batareya uzun
müddət istifadə edilmədikdə enerji qurğusunu cihaza
birləşdirmək, sonra ayırmaq və batareyanın doldurulmasının
başlanması üçün təkrar birləşdirmək tələb oluna bilər.
Batareya tam boşaldıqda ekranda batareyanın doldurulması
indikatorunun peyda olması və ya zəng edilməsi üçün bir
neçə dəqiqə tələb oluna bilər.
Batareyanı çıxararkən həmişə cihazı söndürün və enerjı
qurğusundan ayırın.
Adapter istifadə edilmədikdə, onu elektrik rozetkadan və
telefondan ayırın. Tam doldurulmuş batareyanı dolduran
qurğuya birləşmiş saxlamayın, çünki normadan artıq
batareyanın doldurulması onun istehlak müddətini qısalda
bilər. İstifadə edilmədikdə tam doldurulmuş batareya
enerjisini vaxt keçdikcə itirir.
Həmişə batareyanı 15°C və 25°C (59°F və 77°F) dərəcə
arasında saxlamağa çalışın. Kəskin temperaturlar
batareyanın fəaliyyətini və ömrünü azaldır. Batareyası isti və
ya soyuq olan cihaz qaydasında işləməyə bilər. Batareyanın
iş keyfiyyəti donma nöqtəsindən aşağıda olan dərəcələrdə
xüsusilə məhdud olur.
Batareyanın qısa qapanmasına yol verməyin. Təsadüfi qısa
qapanma dəmir pul, sıxac, və ya qələm kimi metal əşyalar
birbaşa batareyanın müsbət (+) və mənfi (-) terminalları ilə
əlaqədə olduqda baş verə bilər. (Bu batareyanın üzərində
metal zolaqlar kimi görsənir.) Bu, misal üçün, ehtiyat
batareyasını cibinizdə və ya pul kisəsində gəzdirdikdə baş
verə bilər. Terminalların qısa qapanması batareyaya və ya
əlaqədə olan əşyaya zərər verə bilər.
Partlamağa səbəb ola biləcəyi üçün batareyaları oda
atmayın. Batareyalar zədələndikdə də partlayışa səbəb ola
bilər. Batareyaları yerli qaydalara müvafiq olaraq məhv edin.
Rəqəmli hüquq idarəedilməsi
41
Mümkün olduqda batareyanı başqa məqsəd üçün istifadə
edin. Ev tullantısı kimi atmayın.
Batareyaları sökməyin, kəsməyin, açmayın, vurmayın,
deformasiya etməyin, əyməyin, deşməyin və s. Əgər
batareyadan maye axsa, bu surətdə mayenin dəri, və
gözlərinizə dəyməsinə imkan verməyin. Bu baş verdiyi halda
isə dəri, və ya gözlərinizi dərhal su ilə yuyun, ya da tibbi
yardım axtarın.
Batareyaya kənar əşyaları daxil etməyin, batareyanı təmir
etməyin, suya və ya digər mayelərə salmayın.
Batareyanın düzgün istifadə edilməməsi yanğın, partlayış və
ya digər təhlükələrə səbəb ola bilər. Əgər cihaz və ya
batareya sərt yerə düşsə və siz batareyanın zədələndiyinə
əmin olsanız, istifadə etmədən onu servis mərkəzinə
apararaq yoxladın.
Batareyanı yalnız müvafiq məqsəd üçün istifadə edin. Heç
vaxt zədələnmiş batareya və ya batareyanı dolduran qurğu
istifadə etməyin. Onları kiçik uşaqların əli çatmadığı yerdə
saxlayın.