
Tullanması
Məhsulunuzun üzərindəki X işarəli çarxlı qutu işarəsi, mətn
və ya qablaşdırma sizə xatırladır ki, bütün elektrik və
elektronik məhsullar, batareyalar və akumulyatorlar istifadə
müddətləri bitdikdə ayrı yerlərə atılmalıdır. Bu tələb Avropa
İttifaqında və ayrı toplanma sistemləri olan yerlərdə tətbiq
edilir. Bu məhsulları çeşidləndirilməmiş bələdiyyə
tullantılarının arasına yerləşdirməyin.
Məhsulları toplanma yerlərinə qaytararaq siz nəzarətsiz
tullantıların qarşısını alırsınız və materialların yenidən
istifadəsinə kömək edirsiniz. Ətraflı məlumatı pərakəndə
satıcıdan, yerli bələdiyyələrdən, milli istehlakçılardan,
hakimiyyət orqanlarından və ya yerli Nokia
nümayəndəliyindən əldə edə bilərsiniz. Məhsulun Eko-
Bəyannaməsi ilə və ya məhsulunuzu qaytarmaq üçün
təlimatlarla bağlı www.nokia.com ünvanından ölkənizə aid
məlumatlara baxın.