
Batareyanız orijinal olmasa nə etməli?
Əgər siz batareyanın orijinal Nokia batareyası olduğunu
etiketdə olan holoqramla təsdiq edə bilmirsinizsə, batareyanı
istifadə etməyin. Həmin batareyanı yardım üçün
yaxınlığınızda olan səlahiyyətli Nokia xidmət mərkəzinə və
ya dilerinə aparın. Nokia tərəfindən təsdiq edilməmiş
batareyanın istifadəsi təhlükəli ola bilər və sizin cihazınıza və
onun aksesuarlarına zərər verə bilər və onların pis
işləməsinə gətirib çıxara bilər. Həmçinin bu hal cihaza tətbiq
edilən hər hansı təsdiq və zəmanətin də qüvvədən
düşməsinə səbəb ola bilər.
Orijinal Nokia batareyaları haqqında daha ətraflı məlumat
üçün www.nokia.com/battery ünvanına baxın.