
Təhlükəsizlik parametrləri
Zəngləri məhdudlaşdıran təhlükəsizlik
funksiyaları (zənglərin qadağan edilməsi,
bağlı istifadəçi qrupu, müəyyən
nömrələrin yığılması) istifadə edildikdə
siz cihazınızda proqramlaşdırılmış rəsmi
təcili yardım nömrələrinə zəng vura
bilərsiniz.
Menyu
>
Parametrlər
>
Təhlükə/-sizlik
və aşağıdakılardan seçin:
PIN kodun sorğulan. və ya UPIN kod.
sorğul. — telefon hər dəfə yandırıldıqda
PIN və ya UPIN kodunuzun
tələbedilməsi. Bəzi SIM kartlar kod
tələbinin söndürülməsinə icazə vermir.
PIN2 kodu sorğul. — PIN2 kod ilə
qorunan müəyyən telefon funksiyasından
istifadə edərkən PIN2 kodun tələb edilib
edilməməsini seçmək. Bəzi SIM kartlar
kod tələbinin söndürülməsinə icazə
vermir.
Zəng. qadağ. xidməti — telefonunuza
gələn və telefonunuzdan gedən zənglərə
məhdudiyyət qoymaq üçün (şəbəkə
xidməti). Qadağan etmə parolu tələb
olunur.
Müəyyən zənglər — SIM kartınız
dəstəkləyirsə, seçilən telefon
nömrələrinə gedən zənglərə
məhdudiyyət qoymaq üçün. Sabit yığım
yandırılıbsa, GPRS bağlantısı ilə mətn
mesajlarının göndərilməsi zamanı istisna
olmaqla, GPRS bağlantıları mümkün
deyil. Belə halda qəbuledənin telefon
nömrəsi və mesaj mərkəzi nömrəsi sabit
nömrə yığımı siyahısına daxil edilməlidir.
Qapalı istif-çi qrupu — zəng edəcəyiniz
və sizə zəng edəcək şəxs qrupunu təyin
etmək (şəbəkə xidməti)
Təhlük. səviyyəsi — Yeni SIM kart
taxıldıqda mühafizə kodunu tələb etmək
üçün
Telefon
seçin. SIM kart yaddaşı
seçildikdə və istifadə edilən yaddaşı
dəyişmək istədikdə mühafizə kodunun
tələb edilməsi üçün
Yaddaş
seçin.
Giriş kodları — təhlükəsizlik kodu, PIN
kod, UPIN kodu, PIN2 kodu və ya qadağa
parolunu dəyişdirmək üçün
Kod istifadədədir — PIN kod və ya UPIN
kodun aktiv olub-olmamasını seçmək
üçün
İcazə sertifikatları və ya İstif.
sertifikatları — telefonunuza yüklənən
səlahiyyətlərin və ya istifadəçi
sertifikatlarının siyahısını nəzərdən
keçirmək.
Bax "Brauzer
təhlükəsizliyi" s. 31.
Təhl. modulu prmtr. — təhlükəsizlik
modulu təfsilatlarını nəzərdən keçirmək,
modul PIN tələbini aktivləşdirmək və ya
modul PIN və daxilolma PIN-i
dəyişdirmək.
Bax "Keçid kodları" s. 9.