
Yaddaş kartını daxil edin
Yalnız Nokia tərəfindən təsdiqlənmiş bu
cihaz üçün uyğun olan microSD kartları
istifadə edin. Nokia yaddaş kartları üçün
təsdiqlənmiş sənaye standartlarından
istifadə edir, amma bəzi kart modelləri bu
cihaza tam uyğun olmaya da bilər. Uyğun
olmayan yaddaş kartının istifadəsi
yaddaş kartını, habelə cihazı zədələyə
bilər, həmçinin kartda saxlanılan məlumat
pozula bilər.
Telefonunuz 4 GB-a qədər microSD
kartları dəstəkləyir.
1 Cihazı söndürün və arxa qapağı və
batareyanı çıxarın.
2 Kilidi açmaq üçün yaddaş kartı
qısqacını sürüşdürün.
3 Kart qısqacını açın və kontakt yerləri
içəriyə doğru olmaqla yaddaş kartını
qısqaca yerləşdirin.
4 Kart qısqacını bağlayın və kilidləmək
üçün onu sürüşdürün.
5 Batareyanı və arxa qapağı yerinə
taxın.