Rəqəmli hüquq idarəedilməsi
Sahiblərin geniş hissəsi müəllif hüquqları da daxil olmaqla,
öz intellektual mülkünü qorumaq məqsədi ilə Rəqəmli
hüquqlar idarəedilməsinin (RHİ) müxtəlif texnologiya
növlərindən istifadə edə bilər. Bu cihaz RHİ tərəfindən
qorunan məzmuna daxil olmaq üçün RHİ proqramlarının
müxtəlif növlərindən istifadə edir. Bu cihazla WMDRM 10,
OMA DRM 1.0, OMA DRM 1.0 ön kilid və OMA DRM 2.0 ilə
qorunan məzmuna daxil ola bilərsiniz. Əgər hansısa RHİ
proqramı məzmunu qoruya bilmirsə, o zaman məzmun
sahibləri bu kimi RHİ proqramının yeni RHİ tərəfindən
qorunan məzmuna daxilolmasının ləğvolunmasını tələb edə
bilərlər. Bu kimi RHİ proqramının ləğvedilməsi artıq sizin
cihazınızda RHİ tərəfindən qorunan məzmunun
yeniləşməsinin qarşısını ala bilər. Belə RHİ proqramının
ləğvi RHİ başqa növləri tərəfindən qorunan digər
məzmundan istifadəsinə və ya RHİ tərəfindən qorunmayan
məzmuna təsir etməyəcək.
Rəqəmli hüquqların idarəsi (RHİ) tərəfindən qorunan tərkib
birgə fəallaşdırma düyməsi vasitəsilə görünür ki, bu da
tərkibdən istifadə etmək üçün Sizin hüquqlarınızı
müəyyənləşdirir.
Cihazınız OMA DRM ilə qorunan tərkibə sahibdirsə,
aktivləşdirmə kodları və tərkibin nüsxəsini çıxarmaq üçün
Nokia PC Suite proqramının nüsxə çıxarma funksiyasından
istifadə edin. Digər ötürmə metodları ola bilsin ki, cihazın
yaddaşını formatladıqdan sonra Sizin üçün OMA DRM
istifadəni davam etmək imkanına malik olmaq üçün ötürüləsi
tərkibi aktivləşdirmə kodlarını köçürməsin. Siz həmçinin
cihazınızdakı faylların pozulduğu təqdirdə fəallaşdırma
düymələrini bərpa etməli ola bilərsiniz.
Əgər sizin cihazda WMDRM qorunan tərkib varsa, cihaz
yaddaşının formatlanması zamanı fəallaşdırma kodları və
tərkib itiriləcək. Sizin cihazınızdakı faylların pozulması
zamanı da fəallaşdırma düymələri və tərkibdən məhrum ola
bilərsiniz. Fəallaşdırma düymələri, və ya tərkibi itirmək Sizin
cihazınızda həmin tərkibdən təkrar istifadə etmək imkanınızı
məhdudlaşdıra bilər. Daha geniş məlumat almaq üçün Sizə
xidmət göstərən müəssisə ilə əlaqə saxlayın.