
Avtomobillər
RF signalları avtomobillərdə düzgün quraşdırılmamış və ya
düzgün mühafizə edilməmiş elektron yanacaq yeridilməsi
sistemi, blokirovkaya qarşı elektron tormoz sistemləri,
elektron surət tənzimləyən sistemlər, hava kisəsi sistemləri
kimi elektron sistemlərə təsir edə bilər. Daha ətraflı məlumat
üçün sizin avtomobilin və ya ona əlavə edilmiş avadanlığın
istehsalçısı və ya onun dileri ilə əlaqə saxlayın.
Yalnız professional personal cihaza texniki xidmət göstərə
bilər və cihazı avtomobildə quraşdıra bilər. Qüsurlu
quraşdırılma və ya xidmət təhlükəli ola bilər və bu cihaza
tətbiq ediləcək hər hansı zəmanətin qüvvədən düşməsinə
səbəb ola bilər. Avtomobilinizdə bütün simsiz cihaz
avadanlığının düzgün quraşdırıldığını və işlədiyini mütəmadi
olaraq yoxlayın. Tez alışan mayeləri, qazları və partlayıcı
maddələri cihazın, onun hissələrinin və aksesuarlarının
daşındığı bölmədə saxlamayın və daşımayın. Hava balışı ilə
təchiz edilmiş avtomobillərlərlə bağlı unutmayın ki, hava
kisələri böyük güclə şişirdilir. Hava balışının olduğu və ya
Təhlükəsizliklə bağlı əlavə məlumat
43

açılacağı ərazıdə əşyaları, o cümlədən quraşdırılmış və ya
daşınan avadanlığı yerləşdirməyin. Avtomobilin daxilində
simsiz avadanlığın düzgün quraşdırılmaması və hava
kisəsinin şışməsi ciddi xəsarətlə nəticələnə bilər.
Təyyarədə uçuş zamanı cihazın istifadəsi qadağan edilir.
Təyyarəyə minməmişdən əvvəl cihazı söndürün. Simsiz
telecihazların istifadəsi təyyarənin idarə edilməsi üçün
təhlükəli ola bilər, simsiz telefon şəbəkəsini qıra bilər və
qeyri-qanuni ola bilər.