İş mühiti
Bu qurğu, normal istifadə zamanı qulağa qoyulduqda,
həmçinin bədəndən ən azı 1,5 santimetr (5/8 düym)
məsafədə olduqda belə radiotezliklərin təsiri haqda rəhbər
göstərişlərin tələblərini ödəmək iqtidarındadır. Üstünüzdə
gəzdirmək üçün daşıma qabı, kəmər qısqacı və ya tutqacdan
istifadə edirsinizsə, metal tərkibli olmamalı və bədəninizdən
yuxarıda göstərilən məsafədə uzaq olmalıdır.
Məlumat faylları və ya mesajları ötürmək üçün bu cihaz
keyfiyyətli şəbəkə bağlantısı tələb edir. Müəyyən hallarda
belə əlaqə təmin edilməyincə faylların və ya mesajların
göndərilməsi ləngidilə bilər. Məlumatın göndərilməsi bitənə
qədər əmin olun ki, yuxarıda göstərilən ayırma məsafəsinə
riayət edilir.