Potensial partlayıcı mühit
Potensial partlayıcı atmosferi olan ərazidə telefonu
söndürün və bütün işarələrə və göstərişlərə riayət edin.
Potensial partlayıcı atmosferi olan ərazi adətən
avtomobilinizin mühərriyinin söndürülməsi tövsiyyə edilən
ərazıni əhatə edir. Belə ərazilərdə qığılcımlar partlamaya
yaxud yanğına səbəb olur və bədən xəsarəti və ya hətta
ölümlə nəticələnir. Telefonu xidmət stansiyalarında olan qaz
nasosları kimi yanacaq stansiyalarında söndürün. Yanacaq
depolarında, saxlama və paylama məntəqələrində, kimyəvi
zavodlarda və ya partlayış əməliyyatları keçirilən ərazilərdə
məhdudiyyətlərə riayət edin. Potensial partlayış atmosferi
olan ərazilər həmişə olmasa da çox vaxt aşkar qeyd edilirlər.
Bunlara qayıqlarda göyərtənin aşağısı, kimyəvi maddə
daşıma və ya saxlama yerləri və havada toz, metal tozları və
ya müxtəlif kimyəvi hissəciklər olan yerlər daxildir. Maye
qazla işləyən avtomobil istehsalçılarına bu cihazın həmin
avtomobillərin yaxınlığında istifadə eilib edilməyəcəyini
soruşmalısınız.