SERTIFIKATLAŞDıRMA MƏLUMATı (SAR)
Bu mobil cihaz radio dalğalara məruz qalma təlimatlarına
cavab verir.
Sizin mobil telefon radio qəbul ötürücüsü və edicisidir. Bu
cihaz beynəlxalq qaydalar tərəfindən tövsiyyə edilmiş radio
tezliyinə məruz qalma limitlərini aşmayan cihaz kimi
hazırlanmış və istehsal edilmişdir. Bu təlimatlar İCNİRP
müstəqil elmi təşkilat tərəfindən yaradılıb, belə ki, yaş həddi
və sağlamlıq nəzərə alınmadan, hər bir kəsin müdafiəsini
təmin etmək üçün hazırlanan təhlükəsizlik qaydalarından
ibarətdir.
Mobil cihazlar üçün təsir standartı olaraq Xüsusi Absorbsiya
Dərəcəsi (SAR) kimi tanınan ölçü vahidi istifadə edilir.
ICNIRP təşkilatının təlimatında göstərilmiş SAR həddi
2.0 vat/kilogramdır (v/kg) 10 qram toxuma ortalamaqla. SAR
üçün testlər bütün sınaqdan keçirilmiş tezlik diapazonlarında
cihaz ən yüksək təsdiq edilmiş güc səviyyəsində məlumatı
ötürərkən standart iş vəziyyətində keçirilir. İstifadə edilən
qurğunun SAR səviyyəsi maksimal dərəcədən aşağı ola
bilər, çünki qurğunun ancaq şəbəkə ilə əlaqə yaratmaq üçün
enerji verməsi tələb olunur. Bu rəqəm bir sıra faktorun təsiri
ilə dəyişir; məsələn sizin şəbəkə baza stansiyasına nə qədər
yaxın məsafədə olmağınızdan asılıdr. Bu cihazın qulaqda
istifadəsi zamanı İCNİRP təlimatlarına əsasən ən yüksək
SAR dərəcəsi belədir 0,44 Ç/kq .
Qurğu hissələrinin və aksessuarlarının istifadəsi SAR
dərəcəsinə təsir edə bilər. Milli hesabatçılıq tələblərindən və
şəbəkə diapazonundan asılı olaraq SAR dərəcələri fərqlənə
bilər. SAR barədə əlavə məlumat mal haqda məlumatın
ardınca www.nokia.com saytında verilə bilər.
44
Təhlükəsizliklə bağlı əlavə məlumat