
Xəritələr və GPS
Xəritələr proqramını dəstəkləmək üçün
qlobal yer təyini sistemindən (GPS)
istifadə edə bilərsiniz. Yerinizi tapın və ya
məsafə və koordinatları ölçün.
Telefonunuzda GPS funksiyasından
istifadə etmək üçün Bluetooth simsiz
texnologiyasından istifadə edərək
telefonunuza müvafiq xarici GPS
qəbuledicisi qoşmalısınız. Ətraflı
məlumat üçün GPS cihazınızın istifadəçi
təlimatlarına baxın.
Bluetooth GPS-i telefonunuza
qoşduqdan sonra, telefonunuzun hazırkı
yerinizi göstərməsi bir neçə dəqiqə çəkə
bilər. Sonrakı bağlantılar daha sürətli
olmalıdır, lakin GPS-i bir neçə gün istifadə
etməsəniz və ya istifadə etdiyiniz son
yerdən çox uzaqda olsanız, yerinizin
aşkar edilməsi və göstərilməsi bir neçə
dəqiqə çəkə bilər.
GPS sistemi (Naviqasiya və yerin
müəyyən edilməsi üzrə Qlobal Sistem) -
bu sistemin dəqiqliyi və saxlanılması üzrə
yeganə məsul olan Birləşmiş Ştatlar
Höküməti tərəfindən idarə edilir.
Yerləşdirmə ilə bağlı məlumatın dəqiqliyi
ABŞ höküməti tərəfindən GPS-ə
quraşdırılan peyklərdən asılıdır və ABŞ
Müdafiə Departamentinin mülki GPS
strategiyasına və Federal
Radionaviqasiya Planına uyğun olaraq
dəyişdirilə bilər. Dəqiqliyə həmçinin zəif
peyk həndəsəsi də təsir edə bilər. GPS
siqnallarının mövcudluğu və keyfiyyəti
binalardan və təbii müdaxilələrdən,
həmçinin hava şəraitindən asılı ola bilər.
GPS qəbuledicisi GPS siqnallarının qəbul
edilməsi üçün yalnız bayırda istifadə
edilməlidir.
GPS yerin dəqiq ölçülməsi üçün istifadə
edilməməlidir və siz yerləşdirmə
məlumatı ilə bağlı GPS qəbuledicisi və
mobil radio şəbəkəsindən alınan
məlumata etibar etməməlisiniz.